Sürücünü ağladıb vidosunu yayan yol polisi ilə bağlı araşdırma başlandı - VİDEO

Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub. Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir.
Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib. Onun bu hərəkəti heç də təqdir olunası hal deyil. Sürücü özü də etiraf edir ki, "elə bildim İmişli "QAİ"sidir, ona görə dayanmadım". Yəni, özü də etiraf edir ki, polisə tabe olmayıb. Əgər belədirsə və yükdaşıma qaydalarını pozubsa, heç şübhəsiz ki, onu mütləq cəzalandırmaq lazımdır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücünün videosunu yayan yol polisi əməkdaşı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Avtosfer.az-a BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, inspektor Elvin Mövlanovla bağlı araşdırmaların nəticəsindən asılı olaraq onun barəsində ciddi intizam tədbiri görüləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













