Banner

Sürülməyən avtomobilə görə cərimə yazılıb - VİDEO

Yol polisi 7 May 2023 22:10 Oxunub 1686
Sürülməyən avtomobilə görə cərimə yazılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uzun müddətdir istismar edilməyən avtomobil texniki baxışdan keçirilmədiyi üçün maşının sahibinə cərimə yazılıb.

Bu iddianı Bakı sakini Etibar Həsənov səsləndirib.

O iddia edir ki, aylardır istifadə etmədiyi avtomobilə görə ona cərimə gəlib. Sürücü deyir ki, maşının mühərrikində problem yarandığı üçün ötən ilin noyabr ayından nəqliyyat vasitəsini yaşadığı binanın yaxınlığında saxlayıb.

Etibar Həsənov iddia edir ki, qanunvericiliyə əsasən hərəkətdə olmayan nəqliyyat vasitəsinə texniki baxışla bağlı protokol tərtib edilə bilməz. O, buna görə yazılan cərimənin ləğv edilməsini istəyir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, bununla bağlı araşdırma aparılacaq.Yekun qərar araşdırmanın nəticəsinə uyğun olaraq veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh