Taksi sürücüləri buna görə cərimə olunacaqlar - VİDEO

Bakıda hazırda çox sayda taksi şirkəti fəaliyyət göstərir. Hər bir şirkətə gün ərzində yüzlərlə sifariş daxil olur. Elə özünüz də fikir versəniz görərsiniz ki, belə taksidə gedərkən sürücülərin telefonuna şirkətdən sifarişlər haqda tez-tez sms-lər gəlir. Sürücü də sizi lazım olan yerə düşürdükdən sonra digər sifarişlərin ardınca gedir. Avtosfer.az xəbər verir ki, yol polisindən taksi sürücülərinin sükan arxasında bir əli ilə sükanı tutub, digər əli ilə telefonda SMS-ləri gözdən keçirməsinin düzgün olmadığı, bunun konkret qəza riski olduğu bildirilib. Tövsiyə edilib ki, taksi şürkətləri daha təhlükəsiz informasiya ötürmə sistemlərindən istifadə etsinlər. Əks halda İnzibati Xətalar Məcəlləsinə görə, sürücü idarəetmə zamanı telefonu əlində tutaraq ondan istifadə edərsə, 50 manat cərimə olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












