Banner

Tanınmış idmançı sükan arxasında telefonla oynadı, qəzaya düşdü - DYP-dən AÇIQLAMA - VİDEO

Yol polisi 17 Noyabr 2025 11:30 Oxunub 1376
Tanınmış idmançı sükan arxasında telefonla oynadı, qəzaya düşdü - DYP-dən AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daha əvvəl qalmaqallı mövzularla gündəmə gələn fitnesçi Hidayət Məhərrəmli bu dəfə qəzaya düşməsi ilə bağlı müzakirələrə səbəb olub.


Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar  münasibət bildirib.

Rövşən Tağıyev qeyd edib ki, sükan arxasında telefondan istifadənin istənilən forması – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.

Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.

Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

“Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik”, – deyə Rövşən Tağıyev sürücülərə çağırış edib.

R.Tağıyev qeyd edib ki, hadisə təxminən 2 il əvəvl baş verib. O, sükan arxasında telefondan istifadənin istənilən formasının: istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu bildirib.

Eltac 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh