Tanınmış müğənninin oğlu yol polisinə bıçaq çəkdi - Bakıda

Müğənni Əli Mirəliyevin oğlu DYP əməkdaşının üstünə bıçaq çəkib. Avtosfer.az xəbər verir ki, bu barədə azxeber.com-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Belə ki, Bakıda Səbail rayon ərazisində DYP əməkdaşı qaydanı pozan sürücünü saxlayıb. Qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa davaya keçiblər. Buna səbəblərdən biri də yol polisinin sürücü ilə kobud rəftarı və özündənrazılığı olub. Belə münasibət qarşısında sürücü bıçaq çıxarıb və nəticədə bıçaqla özünə xəsarət yetirib. Hadisə yerinə gələn Post Patrul Xidmətinin (PPX) əməkdaşları sürücünü həbs edərək polis bölməsinə aparıblar. Əldə edilən məlumata görə, polisə bıçaq çəkən sürücü Əli Mirəliyevin oğlu olub. O, polislərə kriminal aləmdə tanınmıış qanuni oğrularla dostluq münasibəti olduğunu və buna görə onların cəzalandırılacağını deyib.
Məsələ ilə bağlı Əli Mirəliyevin özü ilə də əlaqə saxlanılıb. Müğənni faktı təsdiqləyib və hazırda oğlunun azadlıqda olduğunu bildirib: “Bəli, belə bir hadisə olub və polislə oğlum arasında kiçik mübahisə düşüb. Oğlum artıq azadlıqdadır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













