“Təcili yardım”a niyə cərimə yazıldı? - Yol polisindən açıqlama

Azərbaycanda yol polisinin təcili tibbi yardım maşınını cərimələməsi təəccüb doğurub. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məsələ ilə bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənib. K.Əliyev bildirib ki, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur: “Operativ nəqliyyat vasitələri isə hərəkət zamanı digər nəqliyyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.
Sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş rayon Təcili Tibbi Yardım Stansiyasına göndərilib. Həmin stansiyanın rəhbərliyi protokol daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.
Qeyd edək ki, azxeber. com saytına Ağdaş Təcili Tibbi Yardım Stansiyanın sürücülərindən biri 310 manat cərimələnməsi barədə məlumat verib. Xəstəxana rəhbərliyi isə cərimələri işçinin maaşından kəsir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












