Təcrübənizə güvənib bu səhvi etməyin – DYP-dən XƏBƏRDARLIQ - VİDEO

Sürücülərin uzun illər avtomobil idarə etməsi onların qəza riskindən sığortalandığı anlamına gəlmir. Təcrübə ilə yanaşı, diqqətli olmaq və yol hərəkəti qaydalarına əməl etmək də təhlükəsizliyin əsas şərtlərindəndir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “REAL” TV-nin efirində bildirib.
Rövşən Tağıyev bildirib ki, sürücülər öz təcrübələrinə həddindən artıq güvənməməlidirlər:
“Bəzi sürücülər özlərini təcrübəli hesab edirlər. Amma “təcrübəli sürücü” “təhlükəsiz sürücü” demək deyil. Ola bilər ki, kifayət qədər təcrübəniz var, avtomobili yaxşı idarə edirsiniz. Siz yuxulu vəziyyətdə sükan arxasına əyləşsəniz, o təcrübəniz sizi xilas edəcək? Xeyr.
Telefona baxırsınızsa, nə qədər təcrübəniz olur-olsun, diqqətiniz yayınır və nəticədə qəza baş verə bilər. Ona görə də biz bunu hər dəfə vurğulayırıq ki, heç bir sürücü öz təcrübəsinə güvənməməlidir.
Qəzaların bir çoxuna diqqət yetirdikdə görürük ki, onların iştirakçıları 10 ildən artıq aktiv sürücülük təcrübəsi olan insanlardır. Burada müəyyən bir arxayınlaşma var. “Mən təcrübəli sürücüyəm, qəzadan yayına bilərəm” düşüncəsi formalaşır. Ancaq bu belə deyil".
Rövşən Tağıyev əlavə olaraq qeyd edib ki, yol səhv bağışlamır:
"Nə qədər təcrübəli olsanız da, qaydalara biganə yanaşsanız, ya kiminsə ölümünə səbəb olacaqsınız, ya da özünüzün və yaxud yaxınlarınızın, ailə üzvlərinizin həyatını itirməsi ilə nəticələnə bilər”.
Eltac Zülfüqaroğlu
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












