“Təmiz hava” aylığında nəqliyyat vasitələrinə gücləndirilmiş nəzarət aparılır - VİDEO

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə nəzarət-profilaktik tədbir təşkil olunub.
Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub.
Həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət olunması, ətraf mühitin qorunmasına həssas yanaşılması hər bir hərəkət iştirakçısının birbaşa məsuliyyətidir.
Yol polisi Bakıda moped və motosikletlərlə bağlı tədbir keçirib - VİDEO
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib - FOTO
Yol polislərimiz Belarusda qalib oldular - VİDEO
İlk dərs günü yollarda təhlükəsizlik necə təmin ediləcək? – RƏSMİ AÇIQLAMA
245 nömrəli məktəbin şagirdləri “Yol polisi ilə bir gün” layihəsində - VİDEO
Yol polisinin nəzakətli davranışı rəğbət qazandı – Sürücüyə cərimə əvəzinə kömək etdi – VİDEO
DYP yeni tədris ili ilə bağlı xəbərdarlıq etdi - VİDEO
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO











