Banner

Tərsinə dayanan yol nişanı DYP tərəfindən qaydaya salındı - VİDEO

Yol polisi 21 İyun 2025 17:30 Oxunub 1654
Tərsinə dayanan yol nişanı DYP tərəfindən qaydaya salındı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabad-Salyan yolunun 2.5 kilometrliyində - dəmir yolu keçidinin yaxınlığındakı yol nişanı tərsinə çevrilib. Bu barədə vətəndaşlardan biri Avtosfer.az-a videomaterial göndərib. Kadrdan da məlum olduğu kimi, yol kənarına quraşdırılmış 1.2 xəbərdarlıq nişanı ("Şlaqbaumsuz dəmiryol keçidi") tərsinə vəziyyətdədir. 
Avtosfer.az-ın məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməsindən bir saat sonra Sabirabad rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.
Müayinə zamanı məlum olub ki, küləyin təsiri nəticəsində nişanı saxlayan boltlardan biri açıldığı üçün tərsinə dayanıb. DYP əməkdaşları nişanı yerinə bərkidərək əvvəlki vəziyyətinə qaytarıblar.

 

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Toğryl 27 İyun 2025 19:07
Gönderilen radardan narazı