Texniki baxışdan keçməyənlər - Yol polisi kütləvi cərimələrə başladı

Texniki baxışdan vaxtından keçməyən nəqliyyat vasitələrinin cərimə edilməsi ilə bağlı reydlər keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yol polisi əməkdaşları saxlanılmış nəqliyyat vasitələrinin texniki baxışdan keçib-keçməməsini sənədləşdirirlər: "Son bir sutka ərzində artıq 65 avtomobilin sahibi texniki baxışdan vaxtında keçmədiyinə görə qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunub".
V.Əsədov qeyd edib ki, bu barədə avtomobil sahiblərinə hər il dəfələrlə məlumat verilməsinə baxmayaraq, hələ də nəqliyyat vasitələrini vaxtında texniki baxışdan keçirməyənlər var: "Bildirmişdik ki, mayın 1-dək Rusiya istehsalı olan bütün avtomobillərin texniki baxışdan keçmə müddəti idi və bunu təmin etməyənlər məsuliyyətə cəlb ediləcəklər. Artıq iyun ayının sonudur. Son bir gündə artıq qeyd etdiyim sayda texniki baxışdan keçirilməyən avtomobil aşkar olunub. Reydlər paytaxtın inzibati ərazisi üzrə davam etdirilir. Hazırda isə Avropa ölkələrində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə vaxtıdır. Bunu etmək vacibdir, yol hərəkətində istismar edilən bütün nəqliyyat vasitələri mütləq texniki baxışdan keçməlidir. Bir daha xatırladıram ki, avtomobillər qeydiyyatdan keçib dövlət nömrə nişanı alandan sonra, istehsalçı zavodun buraxdığı ildən sonrakı 4 il müddətində texniki baxışdan keçmir. 5-ci ildən sonra texniki baxışdan keçməklə ilaşırı 10 il ərzində bunu təmin etməlidir. 10 ildən sonra isə avtomobillər hər il texniki baxışdan keçirilməlidir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












