Üç saat davam edən əməliyyat uğurla nəticələndi

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində baş vermiş oğurluq hadisəsinin 3 saat ərzində açılması təmin olunub.
İyunun 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki "Sədərək" ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov səhər tezdən iş yerinə daxil olarkən xeyli malın oğurlandığını görüb, vaxt itirmədən DİN-in "102 Zəng Mərkəzinə" bu barədə məlumat verib.
Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını aşkar ediblər.
Rəis müavini, polis mayoru Kənan Abışovun rəhbərliyi ilə yaradılan əməliyyat qrupu cinayətin "isti izlər"lə açılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb. Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə səhər saat 5 radələrində hadisənin baş verdiyi yerə taksi fəaliyyəti göstərən avtomobilin yaxınlaşdığı müəyyən edilib. Sonrakı tədbirlərlə həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilərək sürücüsü saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin səhər saatlarında tanımadığı 2 nəfəri müştəri qismində əllərindəki yüklə Maştağa qəsəbəsinə apardığı müəyyənləşdirilib.
Ünvan dəqiqləşdirildikdən sonra həmin ərazidə xidmət aparan Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə davam etdirilən tədbirlərlə həmin mənzilə baxış keçirilərkən orada olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar. Mənzildə olan mağazadan oğurlanmış geyim əşyaları isə maddi sübut kimi götürülüb.
Ətraflarında aparılan tədbirlərlə onlar həmin ərazidə 4 gün əvvəldən müşahidə apardıqlarını, nəzarət kameraları olmadığından məhz həmin mağazanı hədəf götürdüklərini etiraf ediblər. Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












