“Uşağı tək buraxsan yolu o cür keçməz, amma böyüklər keçir” - Polkovnik

ASAN Radioda “Avtoarena” verilişinin növbəti qonağı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev olub. Şöbə rəisi bir neçə vacib məqama toxunub. Onlardan biri də piyadalarla bağlı olub. Bildirib ki, son illər həm respublika üzrə, həm də Bakı şəhəri üzrə ümumi yol qəzalarının böyük əksəriyyətini piyadavurmalar təşkil edir. Bu da böyüklərin məsuliyyətsizliyi üzündən baş verir: “Bəzən yaşlı insanlar - babalar, nənələr uşaqları yoldan elə keçirirlər ki, bəlkə də uşağı təkbaşına buraxsan yolu o cür heç vaxt keçməz. Biz görmüşük ki, böyüklər həmişə uşaqlara, yeniyetmə və gənclərə nümunə olurlar. Amma indi baxırsan ki, uşaqlar, gənclər yolu keçərkən keçiddən istifadə edirlər. Lakin yaşlı və orta yaşlı insanlar yolu qadağan olunmuş yerlərdən keçirlər. Elə təhlükəli vəziyyət yaranır ki, sürücü onu görmür və vurur. Yəqin ki, o uşaqların valideynləri həmin yaşlı insanların yolu o cür keçdiyini görsələr bir daha uşağı onlara etibar etməzlər”.
Kamran Əliyev deyib ki, bu ilin 11 ayı ərzində uşaqların avtomobillərlə vurulması nəticəsində 7 yaşa qədər olan 57 uşaq ölüb, 183-ü yaralanıb. Eyni zamanda, 7 yaşdan 16 yaşadək olan 22 uşaq və yeniyetmə də yol qəzasının qurbanı olub, 36 yaralı var. Yenə də uşaqların piyada kimi vurulması halı yüksəkdir. Bundan əlavə, ölən uşaqlar arasında sərnişin qismində olanlar da var: “Əlbəttə ki, bütün bunların da səbəbkarı böyüklərdir. Onlar yol hərəkəti qaydalarına əməl etmiş olsaydılar belə ağır nəticələr də baş verməzdi”.
Kamran Əliyev əlavə edib ki, builki göstəricilər ötən ilə nisbətən azalıb. Belə ki, qəzaların və xəsarət alanların sayında xeyli azalma qeydə alınıb. Lakin ölüm halı cəmi 8 fakt azalıb. Hansı ki, əvvəlki illərdə azalma 100-dən çox olurdu: “Bu da bizi narahat edir. Biz cəmi 8 ölüm faktının azalmasıyla barışa bilmərik. Son vaxtlar ağır yol qəzalarının baş verməsi bizi narahat edir”.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












