Vaqif Əsədov həqiqətənmi qayda pozub? - FOTOLAR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov 99 YP 333 dövlət nömrə nişanlı ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Avtosfer.az-ın məlumatına görə, publika.az-a açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: “Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir”.
Lakin Avtosfer.az saytının əməkdaşı ilə söhbətində Vaqif Əsədov bildirib ki, bu açıqlamanı xanım jurnalist alıb və qaydaları bilmədiyi üçün sualı çox sərt formada verib: "Mənə ərkiyanə formada sual verdi ki, Vaqif müəllim qayda pozmusunuz, heç gözləməzdik. Dedim, pozmuşamsa cəriməni ödəməyə hazıram. Lakin heç başa düşmədim ki, hansı qaydanı harada pozmuşam".
Avtosfer.az bildirir ki, sosial şəbəkələrdə yayılan bu fotoda YPX avtomobilinin piyada keçidində park edildiyi aydın görünür. Aydın görünən başqa bir məqam da var ki, həmkarlarımız buna diqqət etməyiblər. Fotodan da göründüyü kimi, DYP avtomobilinin üzərindəki sayrışan işıqlar yanır. Bu o deməkdir ki, burada qayda pozuntusundan söhbət gedə bilməz. Çünki qanunvericiliyə görə, yol patrul xidməti əməkdaşları xüsusi səs siqnallarından və sayrışan işıqlardan istifadə etdiyi halda, həmçinin, təhlükəsizlik qaydalarına əməl etməklə yol hərəkəti qaydalarını poza bilərlər. Fotodan da görünür ki, burada avtomobilin park edilməsi hər hansı təhlükə törətmir və sayrışan işıqlar da yanır.
Vaqif Əsədov da Avtosfer.az-a bildirib ki, həqiqətən də bu fotoda hər hansı qayda pozuntusu yoxdur: "Mən 25 ildən çoxdur bu sahədə xidmət edirəm. Məgər bilmirəm ki, qayda nədir, qanun nədir? Sadəcə, bu fotonu yayanlar məqsədli şəkildə yol polisinin və mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Bu foto 6-7 ay bundan əvvəl çəkilib. Biz həmin ərazidə tədbir keçirirdik. Lakin nədənsə fotonu çəkənlər bizi yox, məhz maşını çəkiblər. Bu da məqsədli şəkildə edilib. Hər halda, bu informasiyanı yaymazdan əvvəl mənimlə əlaqə saxlayıb dəqiqləşdirmə apara bilərdilər. Məni tapmaq çox asan məsələdir. Bütün jurnalistlərdə telefon nömrələrim var".
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














