Vaqif Əsədov: “Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki...”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:
“Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir. Bu gün Bakı şəhərində kifayət qədər avtomobil duracaqları var və bu duracaqlardan düzgün istifadə edilməlidir. Eyni zamanda Bakı şəhərində 70-dən çox küçə və prospekt üzrə 300-ə yaxın parkomat var. Bu parkomatların ərazisində avtomobilləri düzgün, tələb edildiyi kimi park edin ki, yol polisi tərəfindən məsuliyyətə cəlb edilməyəsiniz. Hər kəs avtomobili düzgün saxlamalıdır. Buna qarşı təsirli tədbirlər görülür”.
V.Əsədov bildirib ki, gün ərzində daxil olan şikayətlərin 75-80 faizi dayanma, durma və parklanma ilə bağlı inzibati məsuliyyətə cəlb edilənlərdən gəlir: “Hər kəs deyir ki, mən bir dəqiqəlik dayanmışdım, ancaq araşdıranda məlum olur ki, heç də belə deyil. İki hərəkət zolağı olan biristiqamətli yolun hərəkət hissəsində 30 saniyə dayanılması pik saatlarında 60-a yaxın sürücünün 5 dəqiqə ləngiməsi deməkdir. Ona görə də, dayanma, durma və parklanma ilə bağlı nəzarət gücləndirilib”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












