Vaqif Əsədov "İlin peşəkar yol polisi" seçildi - VİDEO

İl ərzində fərqlənən müxtəlif sahələrin peşəkarları ötən axşam bir araya gəlib. APA TV-nin məlumatına görə, tədbirin əvvəlində Azərbaycanın dövlət himni səslənib. Cəbhədə baş verən təxribat nəticəsində öldürülən dinc sakinlərin xatirəsi də bir dəqiqəlik sükutla yad olunub. Daha sonra mükafatlandırma mərasimi başlayıb. Zirvə Ziyalılar Təşkilatı növbəti dəfə ölkənin idman, kino və teatr, jurnalistika, səhiyyə, dizaynerlik və başqa sahələrdən olan peşəkarlarını mükafatlandırıb. Təşkilatın sədri Minayə Dəyanət mərasimin rəhbərlik etdiyi qurumun 25 illik yubileyinə təsadüf etdiyini vurğulayıb. Ardınca müxtəlif sahələrdən olan insanlara mükafatlar təqdim olunub. Kino və teatr sahəsində xalq artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, aktrisa Pərvin Abıyeva, rejissor Kənan Mahmudov mükafatlandırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "İlin peşəkar yol polisi" seçilib.
"İlin dəbli biznesmeni" nominasiyasında Ramil Rzayev birinci olub. Aqil Məmiyev "İlin beynəlxalq moda təşkilatçısı" seçilib. Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova “İlin beynəlxalq və peşəkar modelyer-dizayneri”, Cəlal Kəngərli isə “İlin modelyer-dizayneri” nominasiyasında “Luxury Awards” mükafatına layiq görülüb.
Daha sonra müğənnilər də mükafatlandırılıb. Seçilənlər Natəvan Həbibi, Eldar Qasımov, Xəyyam Nisanov və başqaları olub.
Jurnalistika sahəsində seçilənlər də “Luxury Awards” mükafatına layiq görülüblər. "İlin ən operativ jurnalisti" nominasiyasında "Trend" İnformasiya Agentliyinin müxbiri Vüqar İmanov, "İlin seçilən jurnalisti" nominasiyasında APA TV-nin əməkdaşı Nigar Həsənli “Luxury Awards” mükafatına layiq görülüb. APA TV isə “İlin internet televiziyası” seçilib.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










