Vaqif Əsədov Roza Zərgərlinin zəngindən DANIŞDI

Roza Zərgərlinin xahiş üçün kiməsə zəng edərək telefonu mənə verməsi reallığı əks etdirmir. Avtsofer.az xəbər verir ki, bu sözləri axar.az-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. O, 8 mart - Beynəlxalq Qadınlar Günündə keçirilən reydlə bağlı mətbuatda yayılmış yanlış informasiyalara aydınlıq gətirib: "Roza xanımın xahişi üçün kiməsə zəng edib, telefonu mənə verməsi barədə yayılan xəbərlər yanlışdır. Həmin anda biz telefonla 103 FM radiosunda canlı bağlantıda idik. Təxminən 6 dəqiqəyə yaxın canlı bağlantı davam etdi. Bu arada jurnalistlər şəkillər çəkib yanlış informasiya sızdırıblar. Ancaq bu, həqiqəti əks etdirmir, bunu Roza xanım da təsdiq edə bilər".
Mediada yayılan xəbərlərdə bildirilir ki, tanınmış sənətçi Roza Zərgərli yol polisinin onu cərimələyəcəyini düşünərək, kiməsə xahiş üçün zəng edib və telefonu polkovnik Vaqif Əsədova verib. Qeyd edək ki, dünən Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərə sürpriz edilib. Yol polisi tərəfindən saxlanılan qadın sürücülərə gül və müxtəlif hədiyyələr təqdim edilib. Polislərin sürprizi ilə qarşılaşanlar içərisində Roza Zərgərli də var.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












