Vaqif Əsədov təhqirə və şantaja məruz qalıb - Səs yazısı

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov təhqirə və şantaja məruz qalıb. Sonxeber.az-a bu barədə özü məlumat verən V.Əsədovun sözlərinə görə, ötən gün Bakı sakinlərindən biri qeyri-etik ifadələrin yer aldığı səs yazısı göndərib. Həmin şəxs barəsində məhkəməyə müraciət etməyəcəyini deyən V.Əsədov bu barədə saytımıza danışıb:
"Sürücü mənə bir səs göndərib ki, onu eşitməyi sizə rəva bilmirəm. Qeyri-etik sözlər işlədir, təhqir və şantaj edir. Axı mən neyləmişəm sənə... Sənin maşınını cərimə meydançasına aparırlarsa, mənim günahım nədir? Sənin cərimə borcun varsa, buna mən nə etməliyəm? Amma yenə də öz humanistliyimi göstərdim. Həmin şəxsi məhkəməyə vermək fikrim də yoxdur. Sadəcə, sizin sayt vasitəsilə həmin şəxslərə demək istəyirəm ki, pislik etməyi özünüzə rəva bilməyin. Çünki sizin pisliyinizə mən yaxşılıqla cavab verəcəyəm".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












