Vaqif Əsədov və bayker qarşıdurması – Olmayıb – FOTO

Sosial şəbəkələrdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bayker arasında söhbət zamanı çəkilmiş foto yayılıb və iddia olunur ki, onlar mübahisə ediblər. Guya, bayker mübahisə zamanı Vaqif Əsədova haqlı olduğunu sübut edib və qalmaqal yaranıb. Lakin məsələyə aydınlıq gətirmək üçün bildiririk ki, belə bir mübahisə baş verməyib və heç kim-heç kimi "bağlamayıb". Avtosfer.az-ın əməkdaşları da həmin vaxt orada olub və "Forsaj" klubunun yeni mağazasının və avtomobillərinin təqdimatı zamanı baykerlər Vaqif Əsədova yaxınlaşaraq üzləşdikləri problemdən danışıblar. Bildiriblər ki, onlar müxtəlif xarici ölkələrə gedirlər, lakin heç vaxt yol polisi tərəfindən saxlanılmırlar. Elə ki, Azərbaycana daxil olurlar, o saat yol polisi saxlayır və motosikletləri cərimə meydançasına aparır. Vaqif Əsədov da onların diqqətinə çatdırıb ki, yol polisi qanunun tələbini yerinə yetirir. Qanun isə əcaib səs çıxaran nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda hərəkətini qadağan edir.
Bu səpkidə aparılan dialoqun sonunda Vaqif Əsədov bir daha bildirib ki, əgər kimliyindən asılı olmayaraq kimsə qanunun tələbini pozacaqsa, yol polisi bunun qarşısını alacaq.
Baykerlər isə bildiriblər ki, onlar gecə saat 11-dən sonra şəhərə çıxmırlar. Amma onlara imkan verilsin ki, həmin vaxta qədər şəhərdə normal hərəkət edə bilsinlər.
Vaqif Əsədov yayılmış fotolarla bağlı Avtosfer.az-a bildirib ki, baykerlərlə hər hansı mübahisə baş verməyib: "Onlar öz fikirlərini dedilər, mən də dinlədim və qanunvericiliyin tələbini diqqətə çatdırdım. Çox səmimi söhbətimiz oldu. Baykerlər mənə düşmən deyil ki. Sadəcə, qunana əməl etmək lazımdır. Mən bu görüşdən razı qaldım. Amma fotonu bu cür qərəzli formada yayanların məqsədini başa düşmədim".
Bölmə rəisi bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır: "Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imkan verir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim?! İndi mənim dava edən yaşım deyil. Mən orada motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik".
Elməddin
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib











