Vaqif Əsədovdan piyadalara tövsiyyə - Yolun əksinə gedin

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov noyabrın 21-də ASAN Radioda “Avtorarena” verilişinin qonağı olub. Avtosfer.az xəbər verir ki, DYP rəsmisi 100 FM dalğasında dinləyicilərin də suallarını cavablandırıb. O bildirib ki, son vaxtlar piyadaların avtomobillərlə vurulması halları artıb. Piyadavurma halları ümumi yol qəzalarının 67 faizini təşkil edir. Vaqif Əsədovun sözlərinə görə, piyadalara qarşı görülən tədbirlər gücləndirilsə də, piyadavurma hadisələrinin artması yol polisini də narahat edir: “Piyadalar bilməlidirlər ki, onlar da sürücülər kimi bir çox qaydalara əməl etməlidirlər. Svetoforun qırmızı ışığı piyadaların hərəkətini qadağan edirsə yolun hərəkət hissəsinə çıxmaq olmaz. Yolu təyin edilmiş yerdən keçmək lazımdır. Avtomobil yolu ilə piyada zolağının kəsişdiyi yerlərdə yolu keçərkən avtomobilin sizə yol vermək üçün dayandığlna əmin olduqdan sonra yolu keçin. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmaq olmaz. Günün qaranlıq vaxtında yola çıxarkən nəqliyyatın hərəkətinin əksinə getsinlər ki, sürücülər onları görə bilsin. Düşünürəm ki, bu qaydalara əməl etsələr piyadavurma hadisələrinin sayı azalar”.
DYP rəsmisi qeyd edib ki, Bakıda 80-dən çox piyada keçidi var və yeniləri də tikilir. Lakin yanvarın 1-dən noyabrın 11-dək olan məlumata görə, Bakı şəhərı ərazisində 87 min piyadaya inzibati protokol yazılaraq cərimə edilib.
Aparıcı Emin Məmmodov və aparıcı-ekspert Elməddin Muradlının təqdimatında yayımlanan “Avtoarena” verilişi hər həftənin 2-ci günü axşam saat 19-dan 20-dək efirdə olur. Tel; 012 5656100, votsap – 070 6556100.
Vaqif Əsədovun ASAN Radiodakı çıxışının bir hissəsini təqdim edirik:
Fuad
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















