Vaqif Əsədovdan sürücülərə və piyadalara - VİDEOMÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə, paytaxtda qeyri-sabit qarlı hava şəraiti davam etdiyi müddətdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edib. Avtosfer.az-ın məlumatına görə, o, sputnik-ə açıqlamasında bildirib ki, mövsümə uyğun şinlərlə təchiz edilməmiş və ilin soyuq vaxtlarına hazır olmayan avtomobillər bu havada yola çıxmamalıdır. "Hər bir sürücü sürət rejiminə diqqət etməlidir və havadan asılı olmayaraq, avtomobillərin qeydiyyatdan keçmiş nömrələri təmiz olmalıdır", -Əsədov bildirib.
DYP rəsmisi piyadalara da müraciət edib: "Qarlı havada yollar buz bağlayır və yol-nəqliyyat hadisələri baş verir. Piyadalar yolun hərəkət hissəsinə çıxmamalı, bunun üçün ayrılmış xüsusi yerlərdən, yeraltı və yerüstü keçidlərdən istifadə etməlidirlər". "Havanın necə olmasından asılı olmayaraq, sürücülər və piyadalar yol-hərəkəti qaydalarına ciddi əməl etməlidirlər", — deyə Vaqif Əsədov bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












