Vaqif Əsədovdan sürücüyə "başın partlayar" deyən yol polisi ilə bağlı AÇIQLAMA

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb. Publika.az-a danışan Vaqif Əsədov qeyd edib ki, sosial mediada yayımlanan görüntülər və bəzi saytlar məsələni birtərəfli işıqlandırıblar: “Sözügedən görüntülər şəhərin Rəşid Behbudov və Üzeyir Hacıbeyov küçələrinin kəsişməsində baş verib. Sürücü "Yol hərəkəti haqqında" qanunu pozaraq əks istiqamətdə hərəkət zolağına çıxıb. Bizim əməkdaşlarımız isə sürücünü saxlayıb və nizamnaməyə uyğun şəkildə protokol təqdim etmək istəyiblər. Lakin, sürücü YPX əməkdaşı Elçin İsmayılova sənədlərini təqdim etməyib. 7-8 dəqiqə polis əməkdaşını gözlədib və daha sonra “vəsiqəm müəllimdədir” deyib. Bu nə deməkdir? Sürücünün vəsiqəsinin müəllimdə nə işi var? Həmin küçələrin kəsişməsində kameralar var. Hadisə anbaan kameralarda əks olunub. Mən bu görüntüləri yayımlamaq istəmirəm, kim istəyirsə gəlsin və bizim əlimizdə olan görüntülərlə də tanış olsun”.
V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə “Sənin başın partlayar” ifadəsini işlədib: “Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və “Sənin başın partlayar” deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq sadəcə çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












