Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? - VIDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbir baş tutub. Növbəti tədbir metronun "Qara Qarayev” stansiyası ətrafında keçirilib. BNA müfəttişləri Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.
Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da iştirak edib. Taksi sürücüləri ilə söhbət edən palkovnik onlara iradlarını bildirib. Əsədov həmçinin onların geyimləri ilə bağlı da öz tövsiyyələrini verib. "Bu forma ilə siz taksi fəliyyəti ilə məşğul olursunuz. Olmazmı ki, daha səliqəli geyinəsiniz? Olmazmı ki, idarə etdiyiniz nəqliyyat vasitəsi daha yaxşı olsun? Olmazmı ki, sizin üçün ayrılmış yerlərdən istifadə edəsiniz?"-deyə polis rəisi taksi sürücülərinə öz iradını bildirib.
Sürücülər onların fəaliyyət göstərməsi üçün dayanacaqların olmamasından şikayətləniblər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mayis Ağayev bildirib ki, taksi dayanacaqları həm sürücülərə, həm də sərnişinlərə sərf edəcək yerlərdə quraşdırılacaq. Sektor müdiri əlavə edib ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasına başlanılıb. BNA-nın xüsusi ekspert qrupu bütünü küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












