Vətəndaşa söyüş söyən yol polisi: "Müharibə veteranıyam"

Vətəndaşı polis bölməsində ağır söyüşlərlə təhqir etməsi ilə gündəmə gələn Şirvan şəhər DYP-nin polis mayoru Məmmədsadıq Nağıyev hadisənin təfərrüatlarından danışıb. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlama verən polis mayoru bildirib ki, vətəndaş bilərəkdən tam videonu deyil, sadəcə 30 saniyəlik çıxışı yayıb: “Məni gör hansı həddə gətirib ki, o sözləri demişəm. Halbuki onun ünvanına heç bir nalayiq sözlər işlətməmişəm. Video əvvəldən göstərilsəydi bilinərdi ki, vətəndaş polisi hansı həddə gətirib.
Məsələ belədir ki, həmin sürücü mənim tərəfimdən polis şöbəsinə gətirilib. O məni ölümlə hədələdi, işdən çıxandan sonra məni izləyib başıma oyun açdıracağını dedi. Mən də əsəblərimi cilovlaya bilmədim. Düzdür, mən o ifadələri özümə bağışlamıram. Yenə də təmkinli olmalı idim. Müharibə veteranıyam. 1993-cü ildə Füzuli döyüşlərində başımdan yaralanmışam. Özümü idarə edə bilmədiyim üçün bu söyüşlər dilimdən çıxıb. Buna görə də mənə Baş Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib”.
M.Nağıyev qeyd edib ki, sürücünün həbs edilməsi məsələsi də həqiqətə uyğun deyil: “DYP əməkdaşları qanuna müvafiq olaraq tədbirlər görür. Mən sərxoş halda maşın idarə edənlərə qarşı həmişə sərt tədbirlər görmüşəm. 2 ildir ki, Şirvanda DYP-də polis mayoruyam. İndi mənim barəmdə hansısa şikayətçilər varsa, bu o adamlar ola bilər ki, sərxoş halda tərəfimdən yaxalanıblar. Halbuki DYP əməkdaşı içkili maşın idarə edənləri saxlamaqla baş verə biləcək faciələrin qarşısını alır. Bunu isə sürücülər anlamırlar. Sərxoş halda da cəza sanksiyası yüksəkdir. Bu məsələlərdə heç kimə güzəştə getməmişəm”.
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - FOTOLAR - VİDEO
Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO










