Vətəndaşların polis haqqında dedikləri - Məktublar
Polis öz vəzifəsini yerinə yetirir. O, həm də öz fəa¬liy¬yə¬ti və davranışı ilə nü¬mu¬nə göstərir. Vətəndaşların polisin fəaliyyətinə verdiyi dəyər isə hər birimiz üçün önəmlidir. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün vətəndaşlardan Nazirliyə təşəkkür məktubları daxil olur. DİN rəhbərliyinə ünvanlanan bu məktubların əsas mövzusunu vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı, qanunun aliliyi prinsipinin hər zaman uca tutulması, vətəndaşların lazım olan anda köməyi və qayğını məhz polisdə tapmaları təşkil edir.
Elə bu səbəbdən də bizə ünvanlanan məktublarla oxucularımızı tanış edirik. Son günlər aldığımız məktublardan daha bir neçəsini dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
Göndərilən məktub və teleqramların böyük əksəriyyətində vətəndaşlar müraciətlərə vaxtında və obyektiv baxıldığına, araşdırmaların şəffaf şəkildə aparılmasına, hüquq pozuntularının qarşısının alınması üçün lazımi tədbirlər görüldüyünə və onlara dəymiş ziyanın ödətdirilməsinə görə razılıqlarını bildirirlər:
- Bakı şəhər sakini Samirə Adıgözəlova, Nərimanov rayon sakini Məhəndis Nağıyev, Ağsu rayon sakini Salman Cəlilov şikayətinə Baş İstintaq və Təhqiqat İdarəsində baxılaraq problemin həll edilməsinə və onlara dəymiş ziyanın tam həcmdə ödətdirilməsinə görə, Lənkəran şəhər sakini Təranə Fərəcova, Yasamal rayon sakini İkram Əmirxanov müraciətlərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxıldığına, qısa müddət ərzində cinayəti törətmiş şəxsin saxlanılmasına və onlara dəymiş maddi ziyanın qaytarmasına görə, “İsmayıloğulları” MMC-nin direktoru Qurbanəli İsmayılov Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladıqları müraciətə vaxtında və obyektiv baxıldığına, hüquq pozuntusunun qarşısının alınması üçün lazımı tədbirlər görüldüyünə görə, Bakı şəhər sakini Rüstəmbəy Yaqubov dələduzluq yolu ilə pulunu alan şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinə müraciətinə diqqətlə yanaşıldığına, müvafiq araşdırmalar nəticəsində dəymiş ziyanın ödətdirilməsinə görə, Binəqədi rayon sakini Hüseyn Heydərov üzləşdiyi problemin həllində və ona dəymiş ziyanın ödətdirilməsində kömək göstərdiklərinə görə, Bərdə rayon sakini Əfrasiyab Allahverdiyev müraciətinə çevik reaksiya verilməsinə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırmanın şəffaf şəkildə aparılmasına görə DİN rəhbərliyinə və polis əməkdaşlarına minnətdarlıq edirlər.
Vətəndaşlar, həmçinin, polisin təşəbbüsü və iştirakı ilə təhsil müəssisələrində, məktəblərdə və əmək kollektivlərində narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə görə minnətdarlıq edirlər:
- Sabunçu rayonundakı 259 nömrəli orta məktəbin direktoru Fəridə Rzayeva, Astara rayon sakinləri Əzizağa Cahangirov, Əzizağa Əkbərov, Canhəsən Babayev, Ağadadaş Əliyev və bir qrup şəhid ailəsi üzvləri, Mingəçevir şəhərindən Əlixan Əliyev və Sahibə Rəsulova, həmçinin Astara rayonundan bir qrup sakin polisin təşəbbüsü və iştirakı ilə təhsil müəssisələrində, məktəblərdə və əmək kollektivlərində narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə görə razılıqlarını bildirir, avtoxuliqanlara qarşı aparılan qətiyyətli mübarizənin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını, bunun polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini vurğulayır, DİN və rayon polis idarə, şöbələrinin rəislərinə minnətdarlıq edirlər.
- Məktublardan bir qrupu polis əməkdaşlarının xeyirxah əməlləri barədədir:
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin rəhbərliyi Buzovna qəsəbəsində yaşayan kimsəsiz və əlillərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsində göstərdikləri köməyə görə Xəzər RPİ-nin kollektivinə, Qusar rayonundakı şəhid Bəhruz Ağaverdiyev adına orta məktəbin direktoru Arif Xəlilov məktəbin xeyli müddətdir mövcud olan su probleminin həll olunmasına, Kuzun kənd sakinləri isə baş verən sel daşqınları zamanı kənddə yararsız hala düşmüş körpünün yenidən bərpa edilməsində RPŞ-nin Şahdağ Polis Bölməsinin əməkdaşlarının şəxsi vəsaitləri ilə göstərdikləri köməyə görə DİN və RPŞ-nin rəhbərliyinə minnətdarlıq edirlər.
5 saylı hüquq məsləhətxanasının vəkili Bəxtiyar Hacıyev Mingəçevir şəhər sakini Fərhad Musayevin nümayəndəsi kimi onun pozulmuş hüquqlarını müdafiə etmək üçün DİN rəhbərliyinə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və qısa zaman kəsiyində məsələnin ədalətli həllinə görə, Abşeron rayon sakini Şəhla Şəmmədova ona məxsus torpağın zəbt edilməsi ilə bağlı müraciətinin həll olunduğuna və ədalətin bərpa olunduğuna görə, Xırdalan şəhər sakini Rinat Zabirov dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı taksidə unutduğu çantasının və noutbukunun polisin operativ fəaliyyəti nəticəsində ona qaytarılmasına görə, Bakı şəhər sakini İvan Romanenko, Buzovna qəsəbə sakini Orxan Abbasov qaçırılmış avtomobillərinin qısa vaxtda tapılaraq sahiblərinə qaytarıldığna və hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunmalarına, Bakı şəhər sakini Orxan Abdullayev “Qobuland” istirahət mərkəzində itirdiyi pulun tapılıb ona qaytarılmasına, Şüvəlan qəsəbə sakini Ramin Abbasov ona qarşı törədilən quldurluq cinayətinin üstünün tez bir zamanda açılmasına və hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsinə görə minnətdarlıq edirlər.
Vətəndaşlardan bir qrupu polisin operativ fəaliyyətinə, polis əməkdaşlarının xoş rəftar və səmimiyyətlə vətəndaşların müraciətlərinə həssas yanaşmalarına, dərhal reaksiya verildiyinə, problemlərinin qısa zamanda həll olunduğuna görə minnətdarlıq edirlər:
- Sumqayıt şəhər sakini, istefada olan polis mayoru Nəcəf Cəfərli DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalında yaradılmış yüksək şəraitə, həkimlərin fədakarlığına, ona və digər pasiyentlərə göstərilən diqqət və qayğıya, Astara Ziyalı Ağsaqqallar Cəmiyyətinin sədri Camal İbrahimov RPŞ-nin DYP Bölməsi əməkdaşlarının fəaliyyəti nəticəsində yollarda hərəkətin yüksək səviyyədə nizamlandığına, avtoxuliqanlara qarşı sərt mübarizə tədbirləri görüldüyünə, Daşkəsən rayon sakini Məhəmmədəli Cabbarov sabitliyin keşiyində durmaqla yanaşı, insanların sağlamlığını da diqqət mərkəzində saxlayan və son günlər mənşəyi bilinməyən ət və ət məhsullarının aşkar edilməsində göstərdiyi əsl vətəndaşlıq mövqeyinə, Bakı şəhər sakini Fərid Bayramov övladının xaricdə müayinəsi üçün təcili şəkildə pasport dəyişdirilməsi ilə bağlı müraciət etdiyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində probleminin qısa zamanda həll olunduğuna, polis əməkdaşlarının müraciətinə bu qədər həssas yanaşmalarına, Qusar rayon Qalacıq kənd sakini Aleysa Mirzəliyeva problemi ilə bağlı müraciətinə həssaslıqla yanaşıldığına, Bakı şəhər sakini Zülfünaz Rəcəbova bacısı qızının pozulmuş huquqlarının bərpasında göstərdikləri köməkliyə, Bakı şəhər sakinləri Cahangir Ağayev, Şükür Həsənov, Zahir Allahverdiyev, Samirə Qocayeva və Masallı şəhər sakini Vəli Nurullayev üzləşdikləri problemlərin vaxtında həll edildiyinə görə minnətdarlıqlarını ifadə edirlər.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı