Veteran polislərin iştirakı ilə 250-dən çox cinayətin üstü açılıb

Ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib. Sumqayıt Şəhər Polis İdarəsinin Veteranlar Şurası Polis İdarəsinin şəxsi heyətli ilə sıx təmasda olur, gənc əməkdaşlarla mütəmadi görüşür, onlara öz məsləhətlərini və tövsiyyələrini verirlər. Cari ilin 6 ayı ərzində veteranlar polis və şəhər Təhsil Şöbəsinin əməkdaşları ilə birlikdə şəhərin ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədi ilə şagirdlərlə 43 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar.
Qeyd edək ki, bu ilin birinci yarısında Sumqayıt ŞPİ-nin Veteranlar Şurasının üzvləri 253 cinayətin açılmasında yaxından iştirak ediblər.
Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi Sumqayıt şəhər və ŞPİ rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












