Vilayət Eyvazov 95 gənci polisə qəbul etdi - 18-i Vətən müharibəsi iştirakçısıdır - FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 21-də Şirvan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Avtosfer.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər naziri əvvəlcə Şirvan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından gələn 93 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Bölgəyə səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.
Xidmətə qəbulun şərtlərinə uyğun gələn 95 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18-i Vətən müharibəsi iştirakçısı, 1-i isə şəhid ailələrinin üzvləri olublar.
Sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirərək onlardan bölgədə ictimai asayişin və təhlükəsizliyin daha da möhkəmləndirilməsini, vətəndaş müraciətlərinə obyektiv baxılmasını və qəbulu işinin düzgün təşkilini tələb edib.
Emin
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO



















