Vilayət Eyvazov Dərbənddə: generallar görüşdü

Bu gün Azərbaycan daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətinin Dərbənd şəhərində Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov, Çeçenistan Respublikasının Daxili İşlər naziri Ruslan Alxanov, Rusiya DİN-in Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi general-mayor Sergey Baçurin, general-mayor Pyotr Popov və hüquq-mühafizə orqanlarının digər rəhbər şəxslərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Müzakirələr zamanı hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğunluğu bildirilib, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, ekstremizmə qarşı mübarizədə səylərin artırılmasının, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Vilayət Eyvazovla yanaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, eləcə də şimal sərhəd rayonlarının polis rəisləri iştirak edib.
Axar.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












