Vilayət Eyvazov olimpiya mükafatçısına YÜKSƏK VƏZİFƏ VERDİ
Yol polisi
30 İyun 2020 23:45
Oxunub 3974
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.
Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR