Vilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİ
Yol polisi
15 Fevral 2023 18:33
Oxunub 1870

Daxili işlər orqanlarında yeni təyinat olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Məsim Hüseynzadə Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, M.Hüseynzadə bu təyinatadək Baş Dövlət Yol Polisi İdarəsində işləyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














