Banner

Vilayət Eyvazov sıra baxışı KEÇİRDİ: 203 nəfər növbəti mərhələdə – FOTO - VİDEO

Yol polisi 4 Fevral 2025 18:09 Oxunub 252
Vilayət Eyvazov sıra baxışı KEÇİRDİ: 203 nəfər növbəti mərhələdə – FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 4-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri sıra baxışı keçirib

ŞƏRH YAZ
Ad

E-mail

Şərh