Banner

Vilayət Eyvazov sıra baxışı keçirdi; 215 nəfər növbəti mərhələyə keçdi - FOTO - VİDEO

Yol polisi 7 May 2025 18:09 Oxunub 758
Vilayət Eyvazov sıra baxışı keçirdi; 215 nəfər növbəti mərhələyə keçdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

​Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 215 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh