Xaçmazda “avtoş”luq edərkən qəza törədən sürücü vəsiqədən məhrum edildi - RƏSMİ - VİDEO

Xaçmazda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 02-BO-743 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Müxtəlif vaxtlarda qeydə alınmış görüntülərdə əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda drift edib. Həmçinin o, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə təkərlərini asfalt örtüyünə sürtərək səs çıxarıb. Sürücü törətdiyi xətadan sonra qəza etməsiylə bağlı paylaşım edib. Digər görüntüdə o, yenidən təhlükəli manevrlər edərək qarşı tərəfdən gələn avtomobilə qəza təhlükəsi yaradıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Avtosfer.az-a bildirib ki, rayon ərazisində hərəkətdə olarkən avtoxuliqanlıq edən “VAZ 2106” markalı avtomobilin sürücüsü Elgün Hacıyev Xaçmaz rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
E.Hacıyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, cərimə olunub və sürücülük hüququndan 1 il müddətinə məhrum edilib.
Nərmin
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










