Xaçmazda nömrəsiz “VAZ”la “avtoşluq” edən sürücü saxlanıldı - RƏSMİ - VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, müxtəlif vaxtlarda qeydə alınmış görüntülər Xaçmaz rayonu ərazisində baş verib. Belə ki, sürücü dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ” markalı avtomobillə yolda sərt manevrlər edib. Bununla yanaşı qayda pozan şəxs yaşayış zonasında da “sağ-sol” edərək piyada və park edilmiş avtomobillərə qəza riski yaradıb. Digər görüntüdə isə o, toy karvanında əks istiqamətli yola çıxaraq avtoxuliqanlıq edib. Yenidən öz zolağına qayıdan sürücü bu zaman hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yaradıb. Üstəlik o, “Sizcə harasa dəydi?” başlığı ilə videonu paylaşıb. Günün qaranlıq saatlarında çəkilmiş digər görüntüdə isə sürücü sürət həddini aşdığı üçün avtomobilin səsboğucusunun qazanını partladıb. O, daha sonra post-patrul xidməti əməkdaşlarının hadisə yerinə cəlb olunduğunu bildirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini E.Əhmədxanov idarə etdiyi27-BU-242 dövlət nömrə nişanlı “VAZ 21033” markalı avtomobillə Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən ictimai qaydanı pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yardaraq avtoxuliqanlıq əməli törədib. Daha sonra bu əməllərini sosial şəbəkələrdə paylaşıb. Bu səbəbdən sürücü Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
E.Əhmədxanovun barəsində qanunamüvafiq tədbir görülüb.
Nərmin
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










