Xəstəxanada yol polisi növbətçi həkimi döyüb - Mingəçevirdə

Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib. Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.
Xəstəxanadan "Report"a bildirilib ki, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stend qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov şəkərində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib. Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.
Faktla bağlı arşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












