Xətaidə yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş maarifləndirici görüş keçirildi - FOTO - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, Xətai rayon Polis İdarəsinin və Xətai rayon DYP Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisindəki Heydər Əliyev adına liseydə yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək liseyin yetirməsi olan şəhid Cavid Manafovun xatirəsini yad ediblər.

Daha sonra baş tutan tədbirdə çıxış edən liseyin direktoru Sevinc Orucova bildirib ki, uşaqlar arasında aparılan maarifləndirmə və təbliğat işlərində polisin rolu böyükdür. Bunun nəticəsidir ki, şagirdlər pis vərdişlərdən uzaqlaşaraq təhsilə daha çox üstünlük verirlər.

Qısa zamanda olsa da uşaqların hazırladığı səhnəciklərin böyük məna daşıdığını deyən S.Orucova qeyd edib ki, liseydə maarifləndirici görüşlərin sayı hər il artmaqdadır.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, uşaq travmatizminə qarşı mübarizə, qəzaların sayının azaldılması Daxili İşlər Nazirliyinin əsas hədəflərindən biridir: “Ancaq çox təəssüflər olsun ki, son illər baş verən qəzalarda uşaqların da qəza qurbanına çevrilməsi bizi ciddi şəkildə narahat edir. Orta məktəblərdə və digər yerlərdə keçirilən tədbirlərin əsas məqsədi uşaqlara yol hərəkəti qaydalarını öyrətməkdir ki, bu da qəzaların sayında azalmaya gətirib çıxarır. “Diqqət! Uşaqlar” təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi də elə budur”.
Tədbirdə çıxış edən DİN yanında İctimai Şuranın üzvü nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, uşaqları qorumaq valideynlərin borcudur. Məktəblərdə isə uşaqlara pis vərdişlərdən uzaq durmaq üçün təsir imkanları genişdir və bundan istifadə edərək bu cür tədbirlərin sayını daha da artırmaq lazımdır.

Bəzən valideynlərin uşaqlara pis nümunə olaraq onları riskə atmasından narahatlığını ifadə edən Elməddin Muradlı bildirib ki, uşaqlar nə qədər bilikli olarsa gələcəyimiz daha parlaq olacaq: “Çünki biz burada uşaqların çox fəal olduğunu görürük və bu da bizdə ümid yaradır ki, gələcəyimiz sağlam olacaq, uşaqlarımız öz uşaqlarına yaxşı nümunə olacaqlar. Bir uşağı belə qəzada itirmək çox ağır faciədir”.

Tədbirdə uşaqları maraqlandıran suallar cavablandırıldıqdan sonra onların hazırladığı səhnəciklər nümayiş etdirilib.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO




































