Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO

Bakının Xətai rayonunda avtobus zolağının düzgün xətlənməməsi sürücülərin cərimələnməsi ilə nəticələnib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videoda şikayət edən sürücü bildirib ki, Əhmədli qəsəbəsi, Vunqtau küçəsində avtobus zolağının kənarında qanunvericiliyin tələblərinə uyğun 1.1 xətti çəkilmədiyi halda ona inzibati cərimə tətbiq olunub. Sürücünün sözlərinə görə, yol nişanlanmasının düzgün aparılmaması sürücüləri çaşqın vəziyyətə salır və nəticədə əsassız cərimələrə səbəb olur.
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, videogörüntü ilə əlaqədar araşdırma aparılıb:

"Sözügedən ərazidə 5.9 yol nişanının (ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış zolaq) mövcud olduğu müəyyən edilib. Qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqda digər nəqliyyat vasitələrinin dayanması və durması, eyni zamanda, hərəkəti qadağandır və bu da öz növbəsində inzibati məsuliyyət yaradır".
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












