Banner

Xeyli maşın nömrəsi yağışlı havada düşüb itib - Sürücülər nə etsin? DYP-dən CAVAB - FOTOLAR

Yol polisi 22 Oktyabr 2024 19:03 Oxunub 5074
Xeyli maşın nömrəsi yağışlı havada düşüb itib - Sürücülər nə etsin? DYP-dən CAVAB - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.

Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.

Bəs, təbiət hadisəsinin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?

Suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb: “Qaldırdığınız məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.

Nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”.  

Mübariz Ağayev xoşagəlməz durmlarla qarşılaşmamaq üçün sürücülərə müraciət də edib. O, bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi sürücülər nömrəni şurupla avtomobilin gövdəsinə bərkitmədiyi üçün yspışqandan istifadə edirlər. Su isə həmin yapışqana dəyən kimi düşüb itir.

"Bununla bağlı sosial şəbəkələrdə nömrələrin itməsi barədə paylaşımlar olur. Avtosfer.az-a da bir neçə dövlət qeydiyyat nişanı göndərilib. Bildirirəm ki, bu nömrələrin sahibləri Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək onları geri ala bilərlər".
Ekspert bir daha sürücülərə müraciət edərək bildirib ki, dövlət qeydiyyat nişanını avtomobilə möhkəm bərkitmək lazımdır.

"İtirilmiş nömrələrə bağlı vətəndaş yaşadığı ərazi üzrə polisə müraciət edərək nömrənin itməsi ilə bağlı ərizə yazmalı və daha sonra Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Müraciət əsasında 30 gün ərzində nömrə tapılarsa şəxsin özünə təqdim olunur. Əks halda sürücü yeni dövlət nömrə nişanı alır".

image








 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh