Xəzərdə balıqçılar polisin qayığını vurub əzdilər – FOTOLAR

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Bakı Buxtasında qanunsuz balıq ovu ilə məşğul olan və ekoloji cinayətlər törədən şəxslərə qarşı mübarizə məqsədi ilə tədbir həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 11-də Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (NPİ) Bakı Buxtasında “Yamaha-48” mühərriki ilə təchiz edilmiş qayıqda iki nəfərin qanunsuz balıq ovu ilə məşğul olduğu barədə məlumat daxil olub. Su NPİ əməkdaşları “Qartal” polis patrul katerində xüsusi xəbərdaredici səs siqnalları ilə həmin qayığa yaxınlaşaraq onlardan sahilə çıxmalarını tələb ediblər. Həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək idarə etdikləri balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər. Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduğu müəyyən olunub.
Su NPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib. İdarədə saxlanılan şəxslərdən S.Quliyevin üzərinə baxış zamanı ondan bir büküm narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin balıqovlama biletlərinin olmadığı, həmçinin onlara məxsus qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Elmin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ

















