Xəzərdə ətraf mühiti çirkləndirən sürücülər 50 manat CƏRİMƏLƏNDİ - VİDEO

"Təmiz hava" aylığı çərçivəsində yol polisi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, növbəti tədbir Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Xəzər rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində təşkil olunub.
Tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb. Əksər avtomobildən atılan zəhəli qazın miqdarı normadan cüzi miqdarda yuxarı olduğu üçün xəbərdarlıq edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərə avtomobillərin saz vəziyyətdə saxlanılması barədə söhbətlər aparıb, onlara hüquq və vəzifələrini izah edilib.
Tədbir çərçivəsində saxlanılan bəzi nəqliyyat vasitəsi sürücülərinə avtomobildən atılan zəhəli qazın miqdarı normadan çox yuxarı olduğu üçün protokol tərtib edilib. Həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimələnib.
Səfər
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO
Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi - FOTOLAR
İçki içib sükan arxasında yatdı – Polis oyadıb cərimələdi - VİDEO
Son günlər trend olan bu əməllər qanun pozuntusudur? - DYP-dən açıqlama - VİDEO














