Xidmətdə fərqlənən yol polisləri mükafatlandırılıb - SİYAHI - FOTO-VİDEO

Yol polisi 5 İyul 2017 15:29 Oxunub 13406
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırılıb - SİYAHI - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”

Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi IV İslam Həmrəyliyi Oyunları, Formula I Azərbaycan Qran Prisində yol polisinin fəaliyyəti və 2 İyul Polis Günü münasibəti ilə tədbir keçirib. Tədbirdə çıxış edən Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, 26 polis əməkdaşı fəaliyyətlərində göstərdikləri aktivliyə görə mükafatlandırılacaq: "Lakin bu o demək deyil ki, yalnız 26 polis daha fərqlidir. Belə polislərimiz onlarladır və bu gün onlar "Azərsun Holdinq" və "AMC" şirkətinin də dəstəyi ilə mükafatlanacaqlar".

Millət vəkili Aydın Mirzəzadə çıxışı zamanı bildirib ki, son zamanlar Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib: "Yəqin fikir vermisiniz ki, Avropa Oyunları, İslam Oyunları, Formula 1 yarışları necə sakit və insidentsiz keçir. Bütün bunlara görə, biz polislərimizə borcluyuq. Bu gün onlardan bir neçəsi mükafatlandırılacaq. Bu gün polis əməkdaşları arasında elə insanlar var ki, onlar həqiqətən fərqlilik göstərib. Polis əməkdaşı Mərdan müəllimin başına qəribə hadisə gəlib. O yolda təkəri sıradan çıxmış avtomobildə olan hamilə qadını xəstəxanaya çatdırıb. Dünyaya gələn uşağın adını da elə Mərdan qoyublar. Yəni bu kimi hadisələr çox olur. Biz də bacardığımız qədər polisin fəaliyyətini işıqlandırmağa və dəyərləndirməyə çalışırıq. Onlar nəinki öz işlərini görürlər, hətta vətəndaşlara kömək də edirlər. Azərbaycan polisi təhlükəsizliyi tam təmin edir. Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib. Həmin oyunlar zamanı polislər təhlükəsizliyi təmin etdilər, biz ona görə də polislərə minnətdarlığımızı bildiririk”

Millət vəkili Flora Qasımovanın sözlərinə görə, polis işi ən çətin peşədir və polislərimiz ən ağır işlərin öhdəsindən gəlir: "Son zamanlar texniki vasitələr artsa belə, bizim sizə çox böyük ehtiyacımız var. Polislərin yaxşı işləri təqdir edilməldir.Yol polisləri olmazsa, yol qəzalarının sayı daha da artar”. 

Millət vəkili Fərəc Quliyev də çıxışı zamanı polislərin fəaliyyətinin əhəmiyyətinin danılmaz olduğunu bildirdi. O, qeyd etdi ki, polislər cəmiyyətdə asayişin keşikçisidir və nə olursa, olsun onlar hər zaman cəsarətli olmalıdır: "Sizdən yazacaqlar, sizi şantaj edəcəklər, amma siz mübariz olmalısınız. İndi elə bir dövrdə yaşayırıq ki, hərənin cibində bir telefon var və hər kəs çəkir, paylaşır. Buna görə də siz öz məsuliyyətinizi bir qədər də artırmalısınız, diqqətli olmalısınız və ən əsası cəsarətli olmalısınız. Bütün bunlara ramən ədalət prinsipini də unutmamalısınız. Yəni cərimə yazanda belə ədalətli olmalısınız”. Fərəc Quliyev bildirib ki, Azərbaycan polisinin danılmaz xidmətləri var: "Son illər baş verən hadisələr də göstərdi ki, Azərbaycan xalqının, ölkə rəhbərliyinin keşiyində elə Azərbaycan polisi dayanıb və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi bu komanda xalqa, dövlətə xidmət edir"

Millət vəkili Şahin İsmayılov da  yol polislərinin işinin çətin olduğunu vurğuladı. O, qeyd etdi ki, yol polisləri yollarda avtomobillərin hərəkətini nəzarətdə saxlamasa yollarda hərcmərclik baş alıb gedər.  Daha sonra millət vəkili  Polisləri 2 iyul polis günü münasibəti ilə təbrik edərək, işlərində uğurlar arzuladı.

Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, belə tədbirlərin keçirilməsi yol polislərinə stimul verir: “Vətəndaşların təhlükəsizliyinin qorunmasında yol polislərinin rolu böyükdür. Onlar çətin şəraitdə olsa da, xidmət aparırlar. Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”.

K.Əliyev çıxışı zamanı bildirdi ki,yol polisinin işi çox çətindir: “ Ötən gün yolum Binəqədi tərəfə düşmüşdü.Yolda təmir işləri getdyi üçün ərazi də külək toz-torpağı sovururdu. İki yol polisi günəşin altında o toz-torpağın içində xidmət edirdi. Baxsanız heç kim elə şəraitdə 10 dəqiqə qala bilməz. Amma polislərimiz saatlarla elə ərazilərdə xidmət aparır. Bəlkə də həmin ərazidə sürücülər yolun sıxlığının günahını polislərdə görürdü. Amma onlar olmasaydı yol daha bərbad vəziyyətdə olardı”.

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, polis orqanlarında xidmət keçmək asan deyil, çətinlikləri çoxdur. O, bu sahə ilə bağlı qanunvericilikdə dəyişiklərin olduğunu xatırladıb: “Bu çərçivədə polis əməkdaşları peşəkarlıqlarını artırmalıdırlar. Ümid edirəm ki, Azərbaycanda yol təhlükəsizliyi Avropa ölkələrinin səviyyəsinə çatacaq”.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətinin əməkdaşı mayor Hafiz Təmirov da polisin işinin çətin olduğunu vurğuladı. O həmçinin qeyd etdi ki, polislərimiz bu çətin işin öhdəsindən gəlməklə yanaşı insanlardan yardım əllərini də əsirgəmirlər: “ Bu yaxınlarda yolum bölgələrimizdən birinə düşmüşdü. Yolda avtomobil birdən söndü və çalışmadı. Nə qədər avtomobillərə əl etdiksə saxlayan olmadı. Yol polisinə problemi dedikdə onlar yardım çağırıb bizi yaxınlıqdakı məntəqəyə apardılar və kömək etdilər. Mən belə yol polislərinə minnətdaram”.

Daha sonra Mayor Təmirov daha sonra həmin polisə öz kitabını hədiyyə etdi.

Tədbirdə  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də iştirak ediblər. 

Sonda xidmətdə fərqlənən 26 yol polisi əməkdaşı tədbir təşkilatçıları tərəfindən mükafatlandırılıb. Onlar aşağıdakılardır:

IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran Prisində nümunəvi xidmətinə görə və 2 İyul Polis Günü münasibətilə

TƏLTİF EDİLİR

 

1 Şükürov Ürfət Rəsul oğlu – mayor – Baş DYPİ - YPXA-nın 1-ci tağımının komandiri

2 Əliyev Rasim Babakişi oğlu – leytenant – Baş DYPİ YPXA-nın 1-ci tağımı

3 Mehdiyev Mərdan Hüseynqulu oğlu – mayor – Baş DYPİ YPXA-nın 3-cü tağımının komandiri

3 Quliyev Qulu Qüdrət oğlu – mayor – Baş DYPİ YPXA-nın 10-cu tağımının komandiri

5 Lazımov Buxsay Mayıs oğlu – baş serjant – Baş DYPİ YPXA-nın 3-cü tağımı

6 Hüseynov Mayəddin Mürsəl oğlu – serjant – Baş DYPİ YPXA-nın 11-ci tağımı

7 Yaqubov Ramil Kamil oğlu – baş leytenant – Nizami rayon DYPŞ

8 Allahyarov Ayxan Zakir oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 2-ci tağımı

9 Mustafayev Kəpəz Arif oğlu – baş serjant – Baş DYPİ YPXA-nın 8-ci tağımı

10 İmamverdiyev Məhəmməd Aslan oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 10-cu tağımı

11 Ağayev Rəşad Bahadur oğlu – leytenant – Baş DYPİ YPXA-nın 6-cı tağımı

12 Həsənov Elnur Həsən oğlu – baş serjant – Bakı DYPİ YPXA-nın 11-ci tağımı

13 Əliyev Mehman Əlizadə oğlu – kapitan – Qaradağ rayon DYPŞ

14 Abbasov Rəhman Cabir oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 6-cı tağımı

15 Hacıyev Mehdi Firdovsi oğlu – leytenant - Bakı şəhər DYPİ YPXA-nın 3-cü tağımı

16 Hacıyev İlham Abdulrahman oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 1-ci tağımı

17 Mehdiyev Yalçın Məzahir oğlu – baş serjant – Baş DYPİ YPXA Ekoloji nəzarət bölüyü

18 Əhmədov Altay Sabir oğlu – baş serjant – Suraxani rayon DYPŞ

19 Süleymanov Teymur Vaqif oğlu – baş serjant - Bakı şəhər DYPİ YPXA. MEB 1

20 Musayev Azər Şamil oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 11-ci tağımı

21 Məmmədov Oqtay Ağa oğlu – baş serjant – Səbail rayon DYPŞ

22 Seyidov Emil Əziz oğlu – kapitan – Yasamal rayon DYPŞ

23 Gülməmmədov Eyvaz Qorxmaz oğlu – serjant – Xəzər rayon DYPŞ

24 Musayev İqrar Himayət oğlu – baş serjant – Nizami rayon DYPŞ

25 Hüseynov Xəyal Ağasəf oğlu serjant – Şamaxı Rayon DYPB

26 Soltanov Elman Bircəxan oğlu – serjant – Şamaxı rayon DYPB

 

Elməddin Muradlı,                                                                   Ərşad Hüseynov

Avtosfer.az saytının                                                   "Digesta" hüquq firmasının direktoru

baş redaktoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh