Yağışlı havalarda maşının texniki sazlığına nəzarət edin – Toğrul Nəsirlidən VİDEO

Qış ayları yaxınlaşdıqca yağışlı və sürüşkən havalarda avtomobil sahiblərinin daha diqqətli olması vacibdir.
Avtosfer.az xəbər verir ki, belə havalarda təkərlərin vəziyyəti, şüşəsilənlərin işlək olması və əyləc sisteminin sazlığı xüsusi əhəmiyyət kəsb edir. Yağış suyu yolda sürüşmə riskini artırdığı üçün sürücülər sürət həddini azaltmalı, ara məsafəsini normadan artıq saxlamalı və ani manevrlərdən çəkinməlidirlər. Unutmaq olmaz ki, təhlükəsizlik qaydalarına əməl etməklə həm özünüzü, həm də digər hərəkət iştirakçılarını qorumuş olursunuz.
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, hava ilə əlaqədar Dövlət Yol Polisi tərəfindən öncədən hərəkət iştirakçılarına müraciətlər olunur:

“Müxtəlif media subyektləri, eyni zamanda sosial şəbəkə seqmentləri vasitəsilə. Burada bildirilir ki, sabah filan ərazilərdə hava yağmurlu olacaq, yağış və ya qar yağacaq. Bu da o məqsədlə edilir ki, sürücülər və piyadalar əvvəlcədən təhlükəsizlik tədbirlərini görsünlər.
Xüsusilə də bilirsiniz ki, yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı artır və bu da paralel olaraq yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Ona görə də biz tövsiyə edirik ki, belə havalarda sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar, nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də şüşəsilgəclərinə, şüşəyuyanlara, eyni zamanda xarici işıq cihazlarına diqqət yetirsinlər.
Çünki yağışlı havalarda, xüsusilə də sutkanın qaranlıq vaxtında görüntü məhdudiyyəti yaranır və bu, həm sürücü, həm də piyada üçün olduqca təhlükəli vəziyyətdir”.
Toğrul Nəsirli əlavə olaraq qeyd edib ki, qarşıdan qış fəsli gəlir və bununla bağlı biz dəfələrlə ötən illərdə müraciət etmişik, yenə də müraciət edəcəyik ki, mütləq mövsümi təkərlərdən istifadə etsinlər. Çünki tormozlama zamanı bunun çox böyük önəmi var və bu, nəqliyyat vasitəsinin sürüşmə ehtimalını demək olar ki, azaldır.
Eltac Zülfüqaroğlu
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










