Yanan binadan 80 ailəni polislər xilas edib

Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadığı beş mərtəbəli yataqxananın üçüncü mərtəbəsində ilkin məlumatlara əsasən elektrik şəbəkəsində yaranmış qısaqapanmadan sonra yanğın hadisəsi baş verib. Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb. DİN-in “102 Zəng Mərkəzi”ndən daxil olan məlumatla əlaqədar hadisə yerinə çatan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları həyatlarını təhlükəyə ataraq yanan binadan 80 ailənin təhlükəsiz əraziyə təxliyyə olunmasında yaxından iştirak ediblər.
Sakinləri yanan binadan çıxararkən polis əməkdaşlarından 5 nəfəri də tüstüdən zəhərlənib, həm də müxtəlif dərəcəli xəsarətlər alıblar. Sakinlərlə yanaşı, həkim nəzarətinə götürülən, lakin xəstəxanada qalmaqdan imtina edən polislər bu gün də iş başındadırlar və xidmətlərini davam etdirirlər.
İstər yanğın, istərsə də digər fövqəladə hadisələrlə bağlı edilən müraciətlərə polislərin aidiyyatı qurumlarla birlikdə özlərini yetirməsi onu deməyə əsas verir ki, xalqın inamından və sevgisindən güc alan polisimiz ona edilən minnətdarlığın əvəzini qanı və canı bahasına ödəməyə hər zaman hazırdır. Vətəndaşlarımız polisimizin qəhrəmanlığının, ona təhlükədən daha yaxın olmağının dəfələrlə şahidi olublar.
Polis kapitanı Sərxan Ağamirovun, polis leytenantları Yaqub Cəlilovun, Anar Abbaslının, polis serjantları Ümüd Cəfərov, Asim Kərimlinin insanların harayına yetişməsi adına və andına hər zaman sadiq olan Azərbaycan Polisinin sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq durmasının, Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirməsinin daha bir təsdiqidir.
Hafiz Təmirov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












