Yarısı bu gün, yarısı sabah – RƏSMİ

Formula 1 yarışları ilə əlaqədar Bakının mərkəzində bağlanmış yolların nə vaxt açılacağı məlum olub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, bu gün saat 16:00-dan etibarən bəzi mərkəzi yollarda nəqliyyatın hərəkəti bərpa ediləcək: “Neftçilər prospekti və yarışın keçirildiyi bəzi digər küçələr isə sabah günün birinci yarısında açılacaq”.
Bakıda ilk dəfə keçirilən Formula 1 Avropa Qran Prisi səbəbindən bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-i səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq.
Avtosfer.az bildirir ki, yarışla əlaqədar Hökümət Evinin ətrafında müvəqqəti olaraq quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar olaraq Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq.
Bağlı olacaq yollara aşağıdakılar daxildir:
Neftçilər prospektinin Rəşib Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;
Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə olan kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;
Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;
Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.
Qeyd edək ki, Bakının mərkəzi küçələrində Formula 1 yarışlarından sonra xətləmə işləri aparılması nəzərdə tutulur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












