"Yol hərəkəti əlifbasını necə bilirik?" mövzusunda tədbir keçirildi – VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və "Buta" körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə 2 iyul-Polis işçilərinin peşə bayramı ilə bağlı "Yol hərəkəti əlifbasını necə bilirik?" mövzusunda tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yol hərəkət qaydaları və yol nişanlarını təbliğ etməklə baş verən nəqliyyat hadisələrinin sayının azalmasına nail olmaq və uşlaqların vasitəsilə sürücüləri qaydalara əməl etməyə, sürət həddini aşmamağa çağırmaq olub.
Tədbirdə uşaqlar müxtəlif səhnəciklər göstərib, Azərbaycan, rus və ingilis dillərində şeirlər səsləndirib, yol hərəkəti nişanlarına və polis işçilərinə həsr olunan rəqslər edib, mahnılar oxumaqla yol hərəkətinə aid biliklərini nümayiş etdiriblər.
Bundan başqa tədbirdə uşaqlara DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına aid suallar verilib. Fərqlənən uşaqlara hədiyyələr təqdim olunub.
Sonda bayram münasibəti ilə havaya işıqforun rənglərinə uyğun şarlar buraxılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












