Yol polisi 1 saat əvvəl sürücülərə mesaj göndərəcək - Yeni qayda

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovun açıqlamasında dəyişikliklər barədə danışıb. O, bildirib ki, dəyişikliklərə əsasən Azərbaycanda bütün sürücülərin mobil telefonları Dövlət Yol polisi tərəfindən qeydiyyata alınacağı göstərilsə də bu əslində 2012-13-cü il qanununda mövcud idi. "Amma 2014-cü ilədək avtomobil alan yüz minlərlə sürücünün mobil nömrəsi Dövlət Yol polisinin sistemində yoxdur. Prezident göstəriş verib ki, bütün sürücülərın mobil nömrələrini Dövlət Yol Polisi qeydiyyata alsın. Bu ona görə tətbiq edilir ki, sənəd və informasiya mübadiləsində, çox böyük çətinliklər yaşanır. Sürücülərin nömrələri bazaya salındıqdan sonra bu ona imkan verəcək ki, parklanma qaydalarına görə, avtomobili 24 saatdan çox dayanacaqda dayanan sürücüyə SMS gələcək. Sürücüyə vaxtın bitməsinə 1 saat qalmış, yəni 23 saatın tamamında SMS göndəriləcək ki, sürücü cərimədən qurtula bilsin. Amma sürücülərin telefon nömrələrinin Yol polisində olmaması bu işi çətinləşdirirdi. Buna görə də bütün sürücülərin mobil nömrələrinin qeydiyyata alınması bu sistemin tətbiq edilməsinə yardımçı olacaq", - deyə Ərşad Hüseynov bildirib.
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman ilə buradan tanış ola bilərsiniz.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












