Yol polisi 100 manat cərimə yazdı, videosu yayıldı - VİDEO

Bu gün mətbuatda paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yol polisi ilə sürücü arasında baş vermiş insident barədə məlumat yayılıb. Sürücü mətbuata təqdim etdiyi video ilə bərabər bildirib ki, polislə dialoqunu telefonla qeydə almaq istəyərkən ona qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.
Avtosfer.az sözügedən məlumatda adı çəkilən YPX əməkdaşı Elçin İsmayılovla əlaqə saxlayıb. DYP əməkdaşı bildirib ki, hadisə əslində heç də videoda göstərilən kimi deyil. Həmin sürücü Rəşid Behbudov küçəsindən sola dönərək Səbail rayon İcra hakimiyyətinin qarşısından üzü Sahil metrosu istiqamətində hərəkətdə olarkən qarşı yola çıxaraq yolunu davam etdirib. Bu zaman həmin sürücü saxlanılıb və sənədləri tələb olunub. Lakin sürücü təxminən 10 dəqiqə ərzində sənədləri və özünü təqdim etməyib. YPX əməkdaşı avtomobilin dövlət qeydiyyat nişanını bort kompüterə daxil edərək sürücünün şəxsiyyətini müəyyənləşdirib və barəsində 100 manat, 4 bal cərimə tətbiq edib. Bundan hiddətlənən sürücü isə bildirib ki, bu gündən etibarən onun videosunu çəkərək hər gün sosial şəbəkələrdə yayacaq. “Mən ona bildirdim ki, bu qanun pozuntusudur və buna görə başın ağrıyacaq. Lakin səhvən “başın partlayacaq” ifadəsi işlətmişəm. Başqa heç bir problem olmayıb. Sürücü istənilən vaxt DYP-yə yaxınlaşıb şikayətini bildirə bilər. Həmçinin görüntülərlə tanış olub həqiqətən də qayda pozduğunu görə bilər. Mən qarşı yola çıxdığı üçün ona cərimə yazmışam.”
Qeyd edək ki, YPX əməkdaşı Elçin İsmayılov da öz növbəsində şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və sürücünü məhkəməyə verəcəyini deyib.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












