"Yol polisi 1100 manat istədi" deyən sürücünün əməlləri sizi - ŞOK EDƏCƏK

Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarından şikayət edən şəhər sakini Ramil Həziyevlə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Bu barədə Avtosfer.az-a Masallı DYP-nin rəisi, polis kapitanı İkram Məmmədov məlumat verib. Onun sözlərinə görə, Həziyev Ramil Şaban oğlunun ötən il dekabın 23-də idarə etdiyi "Niva" markalı avtomobilin üzərinə digər nəqliyyat vasitəsinə məxsus olan 10 ES 901 nömrə nişanı bağlayaraq idarə etməsi barədə məlumat alınıb. DYP əməkdaşları tərəfindən qanuna uyğun olaraq saxlanılan avtomobil DYP-nin müvəqqəti mühafizə olunan duracağına yerləşdirilib. Bundan əlavə, avtomobildə konstruksiya dəyişikliyi (arxa yayların kəsilməsi) olduğu üçün də barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Protokol polis kapitanı Şəmşir Kərimov tərəfindən tərtib edilib.
İnzibati tənbeh tətbiq olunan zaman Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat sistemindən alınmış məlumatlar də nəzərdən keçirilib. Məlum olub ki, qeyd olunan 10 ES 901 qeydiyyat nişanı Ramil Həziyev tərəfindən ayrı-ayrı vaxtlarda "VAZ-2107" və "Chevrolet" markalı maşınlara da bağlanılaraq idarə edilib, Həmin maşınlara sürət həddini pozmasına görə Ələt-Astara yolunda müxtəlif vaxtlarda 10 dəfə texniki vasitə ilə elektron protokol tərtib olunub. Tərtib olunmuş elektron protokolların ümumi məbləği 570 manat təşkil edib, onun barəsində tərtib olunmuş sonuncu inzibati protokolun məbləği isə 150 manat olub: "Ramil Həziyev dəfələrlə mənim xidməti otağıma gələrək maşının qaytarılmasını xahiş edib, mənsə ona törətdiyi qayda pozuntularına uyğun olaraq təyin edilmiş cərimələrin ödənilməsini izah etmişəm. Bu barədə Lerik rayon Polis Şöbəsinin DYP bölməsində araşdırma aparıldığını bildirmişəm. Yanvarın 17-də bu gün saytlarda yayılan şəkilləri mənə göstərərək təhdid edib və bildirib ki, maşın buraxılmasa, bunları yayacam. Mən də bildirdim ki, bu əməlinə görə qanun qarşısında cavab verməli olacaqsan.
Hazırda şöbə rəisinə bu barədə məlumat verilib, Ramil Həziyevlə bağlı qanuna müvafiq qaydada tədbir görülməsi üçün raportla müraciət olunub.
R.Həzieyvin qeyd etdiyi inzibati təcrübə üzrə inspektor, polis kapitanı Məmməd Həbiyev 30 dekabr 2016-cı il tarixdən məzuniyyətdədir".
Qeyd edək ki, Ramil Həziyev Masallı DYP-nin əməkdaşlarını ondan 1100 manat rüşvət istəməkdə ittiham edərək onların fotolarını yayıb.
Elmin
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur








