Yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - FOTO

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı 40-dan artıq avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb.
Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.
Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.
Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.




Yol faciəsində daha bir uşaq atasız qaldı - Şöbə rəisindən ÇAĞIRIŞ - FOTO
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ











