Yol polisi: "Azərbaycanda piyada mədəniyyəti yoxdur"

Bakıda günün pik saatlarında yol polislərinin avtomobilləri deyil, piyadaları idarə etdiyinin şahidi oluruq. Bu ən azından Azərbaycanda hələ də piyada mədəniyyətinin formalaşmamasından xəbər verir. Əksər piyadaların qadağan olunmuş yerlərdən keçməsi isə bir sıra hallarda 20 manatlıq cərimə ödəməsi ilə nəticələnir. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da modern.az-a açıqlamasında bu sahə ilə bağlı narahatlığını dilə gətirib. O qeyd edib ki, 2016-cı ilin statistik göstəricilərində bütün istiqamətlərdə hadisələr, ölüm halları, xəsarət dərəcələri azalıb: “Amma piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 58 faizini təşkil edir. Bu da bizi çox narahat edir. Piyadaların mütəmadi keçirilən reydlərdə saxlanılaraq, məsuliyyətə cəlb edilməsi onların gələcəkdə törədəcəkləri xətalara təsir edəcək. Ona görə də, son vaxtlar yol polisinin piyadaları daha çox cərimələməsini normal qəbul edin. 2016-cı ildə təxminən 130 minə yaxın piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Hər halda azad, demokratik Azərbaycanın vətəndaşlarıyıq. Bizim özümüzə məxsus psixologiyamız, adət-ənənələrimiz, qəribə və təhlükəli vərdişlərimiz var. Amerika, Almaniya, İngiltərə və bir çox inkişaf etmiş ölkələrdə insanların yol hərəkəti qaydalarını necə mənimsədiyini görürük. Bu mədəniyyətin bizim insana aşılanması üçün zaman lazımdır. Biz o stereotipləri dağıtmaq üçün çox sayda təbliğat aparmalıyıq ki, insanlar bu qaydaları şüurlu surətdə dərk eləsinlər”.
V.Əsədov piyadaların məsuliyyətsizliyini xüsusi vurğulayıb: “Tam məsuliyyətimlə deyirəm ki, bəzi hərəkət iştirakçıları yol polisi olmadan öz hərəkətlərini tənzimləyə bilmir. Hələlik polis olmadan bizim vətəndaşımız, hərəkət iştirakçılarımız özlərini idarə edə bilmirlər. Pik saatlarda piyadaların yolun bir tərəfindən digər tərəfinə keçməsi zamanı hər tərəfdə bizim 2-3 polis əməkdaşımız dayanır. Amma xaricdə bu belədirmi? Əlbəttə, yox. Piyadalar bu kimi vərdişlərə yiyələnib və özləri sərbəst şəkildə bu qaydalara tabe olur. Bu gün polis əməkdaşları günün pik saatlarında nizamlayıcı rolunda olmasa, hərəkət iflic olar”.
Qurum rəsmisi paytaxtda üç sahədə problem yaşandığını deyib: “Bakı üzrə əsas problem yaradan məsələ dayanma-durma və piyadaların təyin olunmayan yerlərdən keçmələridir. Üçüncü prioritet məsələ isə sərnişindaşımada avtobus duracaqlarında narahatlıq doğuran xətaların hələ də qalmasıdır. Bizim əsas səhvimiz də odur ki, xəta törədən şəxsdən nə üçün bu qayda pozuntusunu törətdiyini soruşuruq. Soruşduqca, bəhanələr artır. Məsələn, yolun hərəkət hissəsində dayanmış, hətta qəza duracaq işıqlarını yandıran sürücüdən soruşursan ki, niyə dayanmısan? Deyir ki, “adam gözləyirəm”, yaxud deyir “dərman alıram, çörək alıram”. Bu, başqalarının hərəkətinə mane olmaqdır. Bu gün ölkə üzrə maşınların sayı 1 milyon 200 minədək artıb. Onun da 72 faizi Bakı şəhərindədir. Görün avtomobillərin hərəkətində, intensivliyində necə maneələr yaranır. Səbirli olaq, bir neçə il sonra özünüz bu dəyişikliklərin şahidi olacaqsız”.
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










