Yol polisi Bakıda genişmiqyaslı reydlər keçirib: yüzlərlə sürücü və piyada cərimələnib - VİDEO

"Çoxsaylı vətəndaşların müraciəti əsasında hüquqazidd hərəkətlərin qarşısının alınması üçün yol polisi gücləndirilmiş iş saatı ilə xidmət təşkil edib." Bunu Avtosfer.az"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisi bildirib ki, Bakı şəhər Baş Polis İdarəsi rəsisinin əmrinə əsasən əlavə tədbirlər planı hazırlanıb. "Bu tədbirlər planının tələbinə uyğun Bakı şəhərinin inzibati ərazisi küçə və yollar yol polisi tərəfindən tam nəzarətə götürməklə xidmət təşkil edilib. Belə ki, yollarda nəqliyyat hadisələrinin qarşısının alınması xüsusilə piyadaların avtomobillərlə vurulması, yarana biləcək süni sıxlığın qarşısının alınması üçün proflaktiki tədbirləin görülməsi, yol hərəkət qaydalarını kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam edir." Vaqif Əsədov bildirib ki, proflaktiki tədbirlərin keçirilməsi ilə yanaşı inzibati tənbeh tədbirlərinin də tətbiq edilməsi üçün bu gün yol polisləri fəaliyyət göstərir.
"Əsas məqsəd maarifləndirici tədbirlər həyata keçirməkdir. Eyni zamanda dayanma-durma qaydalarını pozan, piyadalara yol verməyən, müxtəlif yol hərəkəti qaydalarını pozan sürücülərlə söhbətlər aparılıb, bəziləri barəsində inzibati qaydada protokol tərtib edilib. Həmçinin piyadalar da maarifləndirilib, onlara keçidlərdən istifadə etməyin vacibliyi bildirib."
Qeyd edək ki, gün boyu paytaxtın müxtəlif ərazilərində təşkil olunan tədbirlər zamanı yüzlərlə sürücü və piyada ilə maarifləndirici söhbətlər aparılıb, inzibati protokollar tərtib olunub. Yol polisi analoji reydləri davam etdirəcək.
Orxan
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR


























